“Abidə Menecerləri Forum”u davam edir - FOTOLAR

“Abidə Menecerləri Forum”u davam edir - FOTOLAR

Xeber verdiyimiz kimi Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “Abidə Menecerləri Forum”u öz işinə başlayıb. SİA-nın məlumatına görə, iyulun 4-dək davam edəcək forum Azərbaycanın Mədəniyyət Nazirliyi, UNESKO-nun Dünya İrsi Mərkəzi, Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəz (ICCROM), "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə təşkil edilib.

Qeyd edək ki, Forumun ikinci günündə müzakirələr davam edib. Sessiyalarda Azərbaycandakı qədim abidələr, onlar barədə tarixi və elmi məlumatlar verilib. Elmi məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə