"Naxçıvandakı türbələrin də siyahıya salınmasını nəzərdə tuturuq" - AÇIQLAMA
"Azərbaycandakı bir neçə məkanın UNESKO-nun Dünya İrsi Siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur. Hazırda Şəkinin "Xan Sarayı" və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir". SİA-nın məlumatına görə, bu fikirləri mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.
Nazir əlavə edib ki, Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, nəticə müsbət həllini tapacaq. Əbülfəs Qarayev qeyd edib ki, Hirkan Milli Parkının meşələri üçün İranın nominasiyası nəzərdə tutulur: “Həmin meşənin Azərbaycana düşən hissəsini vahid məkan kimi təqdim etmək istəyirik. Bu, gələcəyin məsələsidir. Naxçıvandakı türbələrin də siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan elmi cəhətdən əsaslandırılması prosesi getməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB