2010-cu ilin ən çox qazanan aktyor, rejissor və prodüsserləri- FOTOSLAYD

2010-cu ilin ən çox qazanan aktyor, rejissor və prodüsserləri- FOTOSLAYD
"Vanity Fair" jurnalı 2010-cu ilin ən çox qazanan aktkyor, rejissor və prodüsserlərin siyahısını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, siyahıda 40 nəfər yer alıb.

Siyahıda birinci yerdə rejissor Ceyms Kameron, hansı ki, onun bir illik gəliri 257 milyon dollar təşkil edib. Bu məbləğin 248 milyonunu "Avatar" filminə görə, 5 milyonunu həmin filmdəki qəhrəmanların oyuncaqlarına görə, 4 milyonunu isə digər proyektlərindən əldə edib.

İkinci yerdə aktyor Conni Dep 100 milyon dollarla qərarlaşıb. Ona əsas iki film- "Alisiya möcüzələr diyarında" və rejissor Tima Bertonanın çəkdiyi "Karib dənizinin quldurları: Qəribə sahillərdə" uğur gətirib. Onu da qeyd edək ki, hələ aktyorun 2009-cu ilin iyun ayından 2010-cu ilin iyun ayına qədər qazancı 75 milyon dollar təşkil edib.

Üçüncü pillədə Stiven Spilberq 80 milyon dollarla kifayətlənib. Belə ki, bu məbləğin 50 milyonu əyləncəli universal parkının inşasından, 20 milyonunu Maykıl Morpurqonun "Döyüşkən at" kitabına görə qonarar alıb. 10 milyonu isə böyük layihələrə görə əldə edib.

Dördüncü yerdə "Başlanğıc" filminin həm rejissoru, həm ssenaristi, həm də prodüsseri olan Xristafer Nolan qərarlaşıb. O, bu işinə görə 71,5 milyon dollar gəlirə sahib olub.

Beşinci yerdə isə Hollivudun ən tanınmış aktyoru Leonardo di Kaprio 62 milyon dollarla X. Nolanın "Başlanğıc" filmində oynadığı obraza görə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə