Müxtəlif musiqi alətləri bir arada - Təqdimat

Müxtəlif musiqi alətləri bir arada - Təqdimat

Rəssam Elvin Nəbizadənin “Sfera” adlı müxtəlif musiqi alətlərindən ibarət müasir incəsənət instalyasiyası nümayiş edilir. SİA-nın məlumatına görə, sərgi Parisdə Azərbaycanın Mədəniyyət Mərkəzində təqdim olunub.

Respublika Günü və diplomatik xidmət orqanlarının 100 illiyi çərçivəsində təqdim olunan instalyasiya fransız dövlət nümayəndələri, incəsənət xadimləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “Sfera” instalyasiyası ilk dəfə 2017-ci ildə 57-ci Venesiya Biennalesi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Emin Məmmədov və Martin Rothun kuratorluğu altında Azərbaycanın milli pavilyonunda sərgilənib.

Bütün xəbərlər Facebook səhifəmizdə