"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin tərkibində fəailiyyət göstərəcək mədəniyyət kanalı fevralın 14-də efirə çıxacaq. SİA-nın məlumatına görə, bunu bugünkü Kinomatoqrafiya İttifaqında Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan filmin təqdimatı zamanı çıxışında əməkdar incəsənət xadimi İlham Rəhimli bildirib.
O qeyd edib ki, fevralın 14-dən mədəniyyət kanalı fəailiyyətə başlayacaq: "Kanalın əsas məqsədi Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ etmək, ölkədə gedən mədəni islahatlarla yanaşı, milli-mənəvi dəyərləri, tarixi memarlıq nümunələrini və turizm potensialını təbliğ etməkdir. Bu kanal gənclərimizin vətənpərvər ruhda yetişməsi üçün bir məktəb olacaq. Kanalın açılmasından sonra Azərbaycan Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi və Kinomatoqrafçılar İttifaqı ilə sıx əməkdaşlığımız olacaq".
Qeyd edək ki, fevralın 14-dən fəaliyyətə başlayacaq yeni kanal peyk vasitəsi ilə də yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB