Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ Muğam Qrupu” Türkiyənin paytaxtı Ankarada konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi məlumata görə, konsert 12 may tarixində keçiriləcək. Xalq artisti bildirib ki, təbdir dahi Azərbaycan şairi Nəsiminin 650 illik yubileyinə həsr olunub: “Qardaş Türkiyədə Azərbaycan musiqisini çox sevirlər. Bu konsertimizin çox gözəl keçəcəyinə əminik. Dahi Nəsiminin sorağı təkcə türk dünyasına deyil, bütün dünyaya yayılmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB