"Görülən işlər bundan sonra da gücləndirilməlidir" - AÇIQLAMA

"Görülən işlər bundan sonra da gücləndirilməlidir" - AÇIQLAMA

"2009-cu ildə yaradılan TRT AVAZ türk xalqları arasında əməkdaşlığı daha da gücləndirdi. Bu kanal türk xalqlarına aid mədəniyyətin və tarixin dünya ictimaiyyətinə çatdırılmasında mühüm işlər görür". SİA-nın məlumatına görə, bu sözləri Türkiyə Prezidentinin baş müşaviri, mədəniyyət, informasiya və turizm nazirinin müavini, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısında bildirib.

O, əlavə edib ki, TRT AVAZ-ın hazırladığı verilişlər TRT-nin digər kanallarında da nümayiş olunur: "TRT AVAZ-ın həyata keçirdiyi işlər bundan sonra da gücləndirilməlidir. Bunun üçün türk dünyasının dəstəyi artırılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə