Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev UNESCO-nun himayədarlığı ilə keçiriləcək tədbirlərə hazırlıq işlərinin gedişi barədə məlumatlandırılıb. SİA-nın məlumatına görə, ölkə başçısı ilə görüşdə Beynəlxalq Türk Akademiyasının rəhbəri Darxan Kıdıralı mayın 15-də UNESCO-da dünyanın müxtəlif ölkələrindən alimlərin iştirak edəcəyi beynəlxalq forumun keçiriləcəyini qeyd edib. O, həmçinin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi , “Egemen Qazaxıstan” qəzetinin 100 illiyi ilə bağlı keçiriləcək tədbirlər barədə məlumat verib.
Görülən işləri yüksək qiymətləndirən Kasım-Jomart Tokayev bir sıra yeni tapşırıqlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB