Mayın 6-da "YARAT" Müasir İncəsənət Mərkəzində G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin şagirdləri "Bahar səsləri" adlı konsert proqramı ilə çıxış edəcəklər. SİA-nın məlumatına görə, konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları olan ifaçılar bir-birindən parlaq ifalar səsləndirəcəklər.
Konsertdə 16 nömrəli musiqi məktəbi və "Damla" rəqs qrupu da iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB