Bu gün Bakı Konqres Mərkəzində keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Gənclər və mədəniyyətlərarası liderlik” mövzusunda panel tədbiri keçirilib. SİA-nın məlumatına görə, Paneldə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış etdi.
Leyla Əliyeva Forumun əhəmiyyətindən və gənclərin üzərinə düşən məsuliyyət və fəallıqdan bəhs edib. Sonra paneldə iştirak edən qonaqlar mövzu ətrafında öz təcrübələrindən danışıblar.
Qeyd edək ki, 2-ci Plenar sessiyada “Gənclər sülh naminə: şiddətli ekstrimizmə qarşı əks qüvvənin formalaşdırılması” mövzusunda geniş müzakirə aparılıb.
BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi ilə keçən müzakirə maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB