"Azərbaycan mədəniyyətlərarası dialoqa töhfə verir. Bu ölkədə müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar." Bu fikirləri AZƏRTAC-a açıqlamasında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Mədəniyyətlərarası anlaşma üçün dinlərarası dialoqda UNIWIN şəbəkəsinin əlaqələndiricisi Fəthi Mənsuri deyib.
Fəthi Mənsuri qeyd edib ki, dini müxtəlifliyin idarə edilməsində sülh və daha yaxşı yanaşma mexanizmindən istifadə üçün beynəlxalq müzakirələrin aparılması baxımından Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mühüm əhəmiyyətə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB