Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. 31 mart ikinci günlərdən idi.
Azərbaycanlıların soyqırımı 200 il ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən azərbaycanlılara qarşı bir qəddar siyasətdir. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın tarixdə görünən ən vəhşi, ən qəddar və millətimizə qarşı törədilmiş novbəti bir haqsızlıq kimi tarixə qanlı hərflərlə yazılmışdır. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdur.
Rəsmi mənbələrə görə bu soyqırım nəticəsində 12 minə yaxın insan qətlə yetirilmişdir. Bir o qədəri isə itkin düşmüşdür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 Mart 1998-ci il tarixli sərəncamına əsasən 31 Mart Azərbaycanlıların Soyqırımı günü kimi anılır. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatı, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunmuşdur.
Kulner soyadlı bir alman həmin hadisələrin canlı şahidi olmuş və 1925-ci ildə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.
Azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyan söhbətlərinin birində bildirmişdir ki öz məqsədlərinə çatmaq üçün
ingilislərin və rusların yardımlarından faydalanmışdırlar və həmçinin sadəcə Bakıda mart hadisələri zamanı 25 min azərbaycanlı qətlə yetirilmişdir.
Bütün bu cinayətlərə beynəlxalq ictimaiyyətin laqeyd münasibətləri erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı növbəti soyqırım və deportasiya haqlarının törədilməsinə şərait yaradan əsas amillərdən biri olub. İrəvan quberniyasının azərbaycan əhalisinin sayının 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə qədər azalması, 1948-ci ildə 100 min nəfərdən çox azərbaycanlının ermənistandan deportasiya edilməsi dünyada bütov bir xalqa qarşı həyata keçirilən zorakılıq siyasətinə biganəliyin nəticəsidir.
Bunlar, erməni faşizminin yalnız ötən əsrin əvvəllərində xalqımıza qarşı həyata keçirdiyi faciələrdən biri idi. Onu da qeyd etmək lazımdır ki, ermənilər şovinist məqsədlərinə nail olmaq üçün hər bir vasitədən istifadə edərək Cənubi Qafqazda, o cümlədən Azərbaycan torpaqlarında yaşayan müxtəlif xalqlara qarşı soyqırımı siyasəti yürütmüşlər. Bu siyasətin qurbanları sırasında isə qədim dövrlərdən ölkəmizdə məskunlaşmış bir çox xalqların – ləzgilərin, yəhudilərin, tatların, kürdlərin, talışların və digərlərinin nümayəndələri də olub.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Abbas İsmayılov,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
xarici əlaqələr üzrə baş mütəxəssis
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB