"Azərbaycan musiqisi, poeziyası qardaş ölkədə çox sevilir" - ÖZƏL
Türkiyədə “Nəsimi ili” çərçivəsində Azərbaycanın dahi şairi İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş silsilə tədbirlər davam edir. SİA-nın məlumatına görə, tədbir tanınmış xanəndə, Əməkdar artist Feyruz Səxavət, tarzən, Əməkdar artist Əliağa Sədiyev və kamança ifaçısı Xəyyam Məmmədov konsert proqramı ilə çıxış edib. SİA-ya açıqlamasında Əməkdar artist Feyruz Səxavət bildirib ki, "Nəsimi il"nə həsr olunan tədbir olduqca maraqlı kecib: "Bir sənət adamı, xanəndə kimi qürur hissi keçirirəm ki, Azərbaycan musiqisi, poeziyası qardaş ölkədə çox sevilir. Nəsiminin qəzəlləri, muğamlarımız qədim Azərbaycanın tarixindən xəbər verir. Biz Türkiyədə hər zaman doğma münasibət görmüşük ".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB