"Nəsimi yaradıcılığı dünya ədəbiyyatında ən parlaq yerlərdən birini tutur"
"İmadəddin Nəsimi yaradıcılığı qüdrətli olan şairlərdəndir. Türkiyədə Nəsiminin həyat və yaradıcılığı ilə bağlı konfransların keçirilməsi böyük əhəmiyyət daşıyır". Bu sözləri Türk Şurası Ağsaqqallar Məclisinin üzvü, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, professor Mustafa İsen bildirib.
O, əlavə edib ki, Türkiyədə hər zaman Azərbaycan ədəbiyyatına ehtiyac var: "Ümummilli lider Heydər Əliyev xalqımızın səmimi dostu İhsan Doğramacının xahişi ilə 1994-cü ildə Məhəmməd Füzulinin həyat və fəaliyyəti ilə bağlı Ankarada təşkil olunan bir konfransın möhtəşəm keçirilməsinə əhəmiyyətli töhfə verib. 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunmasını tarixi şəxsiyyətlərə göstərilən diqqət və qayğının təzahürüdür. Nəsimi yaradıcılığı dünya ədəbiyyatında ən parlaq yerlərdən birini tutur. “Nəsimi ili” çərçivəsində görülən işlər dahi Azərbaycan şairinin yaradıcılığının və şəxsiyyətinin böyüklüyünün daha uca zirvələrdən görünməsinə səbəb olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB