Üç opera sənətçisi Heydər Əliyev Mərkəzində çıxış edəcək - KONSERT

Üç opera sənətçisi Heydər Əliyev Mərkəzində çıxış edəcək - KONSERT

Mayın 11-də opera sənətinin tanınmış nümayəndələri Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycana sevgi ilə” konsert proqramı təqdim ediləcək. SİA-nın məlumatına görə, müxtəlif operalardan ariyaların daxil olduğu konsert proqramında ifaçıları Xalq artist Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiymətləri 40, 50, 60, 80, 100, 120, 150, 200, 250, 300 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə