"Biz həmişə fəxr etmişik ki, İlham Əliyev kimi Prezidentimiz var" - MÜNASİBƏT

"Biz həmişə fəxr etmişik ki, İlham Əliyev kimi Prezidentimiz var" - MÜNASİBƏT

"Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinə bugünkü diqqət və qayğısı ulu öndər Heydər Əliyevin yoludur. Ulu Öndər mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğısını heç vaxt əsirgəməyib. Həmişə aktyorlarla, rəssamlarla, rejissorlarla və digər yaradıcı insanlarla görüşərək problemləri ilə maraqlanıb". Bu sözləri Musiqili Komediya Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev deyib.

O, əlavə edib ki, biz həmişə fəxr etmişik ki, bizim belə bir Prezidentimiz var: "Başqa ölkələrdən olan həmkarlarımızla görüşlərdə onlar həmişə bizə həsəd aparıblar. İllər öncə deyirdilər ki, Heydər Əliyev kimi rəhbəriniz var və bu gün də həsəd aparırlar ki, bizim İlham Əliyev kimi böyük bir dayağımız var. İnsan kiməsə arxalanmasa, kimsə ona dayaq olmasa, çox zəif görünər. Yaradıcı insanlara bu, xüsusən vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə