"Ölkə başçımızın mədəniyyət işçiləri ilə görüşü olduqca təqdirəlayiq haldır" - ÖZƏL
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Bu barədə SİA-ya Xalq artisti, "Şöhrət" ordenli sənətkar Mənsum İbrahimov açıqlamasında bildirib.
Xalq artisti bildirib ki, ölkə başçımızın mədəniyyət işçiləri ilə görüşü olduqca təqdirəlayiq haldır: "Biz mədəniyyət, incəsənət adamları Prezidentimizin diqqət və qayğısını daim hiss etmişik.Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi zamanlarda da bu diqqəti görürdük. Ümummilli lider musiqini, poeziyanı, mədəniyyəti yüksək qiymətləndirirdi. Bu gün həmin diqqəti, qayğını yenə də görürük. Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazıldı. Mehriban xanım qədim muğam sənətimizə sözün əsl mənasında sahib çıxdı. Birinci xanım muğamı ən yükszək səviyyədə təbliğ etdirdi. Muğam sənəti, muğam musiqisi Azərbaycan xalqının qədim tarixidir. Bu sənəti qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürmək bizim mənəvi boscumuzdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB