Məşhur bəstəkar və dirijor, dörd dəfə “Oscar” mükafatına layiq görülmüş, Hollivudun şedevrə çevrilmiş bir sıra ekran əsərlərinə musiqi bəstələmiş Andre Previn 89 yaşında vəfat edib. SİA-nın məlumatına görə, Previnin meneceri Linda Petrikova CNN telekanalına bəstəkarın Nyu-Yorkun Manhetten məhəlləsindəki evində qısa sürən xəstəlikdən sonra dünyasını dəyişdiyini bildirib.
Andre Previn “Porgy -Bess” və “Mənim ədalətli ledim” kimi dünyanın klassik ekran əsərləri hesab edilən filmlərə musiqi yazıb. Bəstəkar 4 dəfə “Oscar”, 10 dəfə “Grammy” mükafatlarına layiq görülüb. Böyük Britaniya kraliçası II Yelizaveta bəstəkara “Fəxri Qılınc Cəngavəri” ordeni təqdim edib. 1929-cu ildə Berlində anadan olan Previn sonradan ABŞ-a mühacirət edib və son günlərinədək Hyuston Simfonik Orkestrinin baş dirijoru olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB