Filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Siracəddin Hacının “Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisinin şərhi” adlı kitabı çap olunub. SİA-nın məlumatına görə, yeddi yüz səhifəlik monoqrafiyada Nizami irsinin öyrənilmə metodologiyası, şairin dünyagörüşünün əsasları, sənət idealı, düşüncəsinin, “Yeddi Gözəl” məsnəvisinin başlıca qaynaqları, tövhid, ədalət, peyğəmbərlik, rəhmət evi anlayışları, Nizaminin klassik irsə, şeirə münasibəti, iş üslubu, məsnəvinin yazılma səbəbləri, əsərin ithaf olunduğu Əlaəddin Körpə Arslanın tərcümeyi-halı, Səlcuqluların dövlət anlayışı, sözün dəyəri, şairin alim tərifi, ağıllı və imanlı insan tərbiyəsinin yolları, övlad tərbiyəsinin əsasları, elmin mahiyyəti kimi məsələlər əhatə olunub.
Qeyd edək ki, alim bundan əvvəl Nizami Gəncəvinin “Sirlər xəzinəsi” məsnəvisinə on cildlik, yeddi min səhifəlik şərh yazaraq çap etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB