Praqada yaşayan həmyerlimizin miniatür kitabı hazırlanıb - NƏŞR
İçərişəhərdə, Miniatür Kitab Muzeyində şairə və dramaturq, Çexiyada yaşayan həmvətənimiz Leyla Bəyimin (Cəfərovanın) “Qarabağ şikəstəsi” adlı miniatür kitabı təqdim olunub. SİA-nın məlumatına görə, Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi Zərifə Salahova tədbirin aparıcısını, Azərbaycanın Xalq artisti Vaqif Əsədovu təqdim edib.
Qeyd edək ki, Leyla Bəyim Bakıda anadan olub, hazırda Praqada yaşayır. O, Azərbaycan Yazıçılar Birliyinin, Avropa Ədibləri Konqresinin və Çexiyanın Rusdilli Yazıçılar İttifaqının üzvüdür, 4 şeirlər toplusunun müəllifidir. Yefim Abramovla birlikdə bir neçə pyes yazıb. Onlardan biri - “Xəyalpərəst oğlanlar” Azərbaycan Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib. Hazırda Bakıda “Qurban” pyesinə quruluş verilir. Onun ideya müəllifi L.Bəyimdir. Şairə Azərbaycan, Rusiya, Ukrayna, Çexiyada nəşr olunan ədəbi qəzet, jurnal və almanaxlarda dərc olunan çoxsaylı yazıların müəllifidir. L.Bəyimin şeir və pyesləri çex dilində də dərc edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB