“YARAT” Müasir İncəsənət Mərkəzinin növbəti qonağı istedadlı musiqiçi və bəstəkar Ramil Babayevdir. SİA-nın məlumatına görə, fevralın 1-də keçiriləcək görüşdə Ramil Babayev musiqiyə olan sonsuz sevgisindən, bəstələdiyi əsərlərdən, ifa elədiyi musiqi alətlərinin özəlliklərindən və bu sahədə qazandığı uğurlardan söz açacaq.
Qeyd edək ki, o, müəllifi olduğu musiqi əsərlərini gitara, piano və harmonika kimi musiqi alətlərində ifa edir. Bəstəkar, 2010-cu ildən Azərbaycan və digər ölkələrdə keçirilən musiqili layihələrində iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB