Moskvada azərbaycanlı pianoçunun konserti olacaq

Moskvada azərbaycanlı pianoçunun konserti olacaq

Fevralın 16-da “Azərbaycan ifaçıları Moskva Konservatoriyasının kamera zallarında” silsiləsi çərçivəsində Azərbaycanın Əməkdar artisti, pianoçu Gülşən Ənnağıyevanın konserti olacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunacaq konsertin proqramına N.Mirişli, F.Qarayeva, E.Denisova, O.Messian, V.Yekimovski, Y.Vorontsov və K.Debüssinin əsərləri daxil edilib. Konsertdən əvvəl sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Fərhadov çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə