Amaliya Pənahovanın xatirəsi yad olunacaq

Amaliya Pənahovanın xatirəsi yad olunacaq

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunan tədbir keçiriləcək. SİA-ya verilən məlumata görə, tədbir yanvarın 16-da Mədəniyyət Nazirliyi, “Mədəniyyət” kanalı, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Söz” ədəbi layihəsi çərçivəsində reallaşacaq.

Gecədə sənətkarın həyata və yaradıcılığından danışılacaq, onun mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq. Gecədə sənətkarın uzun müddət rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının aktyorlarının iştirakı ilə tamaşalardan səhnələr təqdim olunacaq.

JALƏ

Bütün xəbərlər Facebook səhifəmizdə