Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin rəhbərliyi təkrarolunmaz ifaçı, dirijor, pedaqoq Sərvər Qəniyevin yaradıcılığını işıqlandırıb. SİA-nın məlumatına görə, tədbir Sərvər Qəniyevin 80 illik yubileyinə həsr olunub. Konsertdə ifa olunan əsərlər Sərvər Qəniyevin tələbəsi olmuş professor, əməkdar müəllim və sənətşünaslıq üzrə fəlsəfə doktoru Hökümə Əliyevanın rəhbərliyi altında hazırlanıbmı.
Tədbirin aparıcısı musiqişünas Nərgiz Kərimova Sərvər Qəniyevin ömür səhifələrini vərəqləyərək, onun həyat və yaradıcılığı haqqında geniş söhbət açıb. Bununla yanaşı tədbirdə Sərvər Qəniyev haqqında qiymətli video kadrlar və foto slaydlar nümayiş etdirilib.
Tədbir solistləri Hökümə Əliyevanın sinfinin tələbələri olan Prezident təqaüdçüsü, Respublika və Beynəlxalq müsabiqələr laureatı Zərrin Əliyeva və Nərgiz Hüseynzadə, Respublika və Beynəlxalq müsabiqələr laureatları Ülvi Tahirov, Nuray Seyid, Fidan Həsənova olub.
Tədbirə solo çıxışlarlala yanaşı duet, trio və orkestr ifası da daxil olub. Konsertin son əsəri olan A.Vivaldinin 4 violin üçün konserti dirijor, Xalq artisti Cavanşir Cəfərovun rəhbərliyi altında səslənib. Ümumiyyətlə konsertin proqramına daxil olan əsərlər öz rəngarəngliyi ilə dinləyicilərin böyük rəğbətini qazanıb. Sevindirici haldır ki, tədbirdə Sərvər Qəniyevin oğlu görkəmli violin ifaçısı Toğrul Qəniyev, Bakı Musiqi Akademiyasının, Bəstəkarlar İttifaqının fəxri nümayəndələri iştrak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB