"İstedadlar sorağında" müsabiqəsinin final mərhələsi keçirilib FOTOLAR
İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində "İstedadlar sorağında" - 2018 adlı müsabiqənin yekun mərhələsi keçirilib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbirdən öncə İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin foyesində istedadlı gənclərin əl işləri və sərgilərinə baxış keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi və Regional Mədəniyyət idarəyə tabe olan mədəniyyət müəssisələrinin işçiləri iştirak edib. Çıxış edən Rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov belə bir tədbirin İsmayıllı rayonunda keçirilməsinə görə öz təşəkkürünü bildirib. Belə tədbirlərin keçirilməsi gələcək üçün milli dəyərlərimizin üzə çixarilması və qorunub saxlanmasına davamına imkan yaratdığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB