Alyona Veselovanın rəhbərliyi ilə ustad dərsləri keçiriləcək

Alyona Veselovanın rəhbərliyi ilə ustad dərsləri keçiriləcək

Dekabrın 5-də “YARAT” Müasir İncəsənət Mərkəzində rusiyalı gənc xoreoqraf və rəqqasə Alyona Veselovanın rəhbərliyi ilə ustad dərsləri keçiriləcək.

SİA-nın məlumatına görə, usta dərsində iştirak edənlər müasir xoreoqrafiyanın əsaslarını və rəqs improvizə prinsiplərini öyrənə biləcəklər. İmprovizasiya rəqqasın hərəkətinin azadlığını, onun vücudunun hərəkətdə öyrənməsini nəzərdə tutur.

Proqram, iştirakçıların müxtəlif bilik səviyyələrini nəzərə alaraq tərtib olunub.

Rus dilində aparılacaq ustad dərslərində hər kəs iştirak edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə