Xaçmazda "Mənim yaşamaq həvəsim" adlı tədbir keçirilib FOTOLAR
Xaçmaz Heydər Əliyev Mərkəzində "Beynəlxalq Əlillər günü" nə həsr olunmuş "Mənim yaşamaq həvəsim" adlı tədbir keçirilİib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, Xaçmaz Heydər Əliyev Mərkəzinin və Xaçmaz İcma Əsaslı Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir Reabilitasiya Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxışla başlanıb. Sonra məktəbin aktiv, fiziki qüsurlu şagirdlərinin və həmçinin Xaçmaz Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında rəqs nömrələri tamaşaçılara təqdim olunub.
Sonda Xaçmax Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən xalq teatrının hazırladığı "Qırmızıpapağın yeni sərgüzəştləri" adlı uşaq tamaşası balacalarımızın ürəyincə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB