“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert

“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert

“Gənclərə dəstək” layihəsi çərçivəsində M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti konsert proqramı təqdim olunub. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, gecədə dirijor Orxan Həşimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.

Solistləri beynəlxalq müsabiqələr laureatı Beren Gürcüoğlu (Türkiyə, piano), Şeyda Ələsgərova (fleyta), Fəridə Ələkbərli (arfa) və Pərvin Əşari (arfa) olan konsertdə Avropa və dünya bəstəkarlarının əsərlərinə müraciət edilib.

Bir-birindən parlaq və rəngarəng kompozisiyaların təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə