Yaşar Nuri palataya köçürülüb
Türkiyənin İstanbul şəhərində "Memorial" Xəstəxanasında müalicə olunan tanınmış aktyor, xalq artisti Yaşar Nuri dekabrın 8-dən 9-a keçən gecə reanimasiya şöbəsindən palataya köçürülüb. Bu barədə SİA-ya xalq artistinin həyat yoldaşı, hazırda onun yanında qalan Rəhimə Nuriyeva bildirib. Onun verdiyi məlumata görə, aktyorun səhhətində irəliləyiş var: "Yaşar bu gecə reanimasiyadan palataya köçürüldü. Amma hələ də çox zəifdir. Çox danışa, otura bilmir. Tam yaxşılaşması üçün xeyli vaxt lazımdır".

Məlumat üçün bildirək ki, Yaşar Nuri noyabrın 6-da Bakıda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. O, 3 gün sonra xüsusi təyyarə ilə İstanbula yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə