“Sərçələrin payı” qısametrajlı bədii filmin istehsalına başlanılıb
"EL" televiziyası və "Nova Goritsa" kino mərkəzi "Sərçələrin payı" adlı qısametrajlı bədii filmin istehsalına başlayıb. Bu barədə SİA-ya Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib. Məlumata görə, İlham Tumasın ssenarisi əsasında çəkilən filmin quruluşçu rejissoru Tahir Əliyev, quruluşçu operatoru Elxan Rüstəmov, icraçı prodüseri Arzu Abdullayeva, prodüserləri İqbal Məmmədəliyev və Tahir Əliyevdir.
Baş rolu Ruslan Zeynalov ifa edir. Film gənc tələbə-jurnalistin acınacaqlı durumundan, həyatda qarşılaşdığı çətinliklərdən bəhs edir. Filmin çəkilişləri artıq başlayıb. Çəkilişlər Azərbaycan rayonlarında aparılır və dekabrın sonunda başa çatması planlaşdırılır.
"Sərçələrin payı" filmi gələn ilin əvvəllərində hazır olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB