İordaniya Krallığında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Noyabrın 29-dan dekabrın 3-nə qədər İordaniya Haşimilər Krallığında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib.
Məlumata görə, Azərbaycan ilə İordaniya Haşimilər Krallığı arasında əldə olunan qarşılıqlı razılaşmalara əsasən keçiriləcək Mədəniyyət Günləri çərçivəsində Əmman və Zarka şəhərlərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert, foto və kitab sərgiləri təşkil ediləcək.
Mədəniyyət Günlərinin təşkili iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəldilməsinə, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edəcək.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə 50 nəfərlik nümayəndə heyəti noyabrın 29-da İordaniya Krallığına yola düşəcək. Səfər çərçivəsində bu ölkənin mədəniyyət, həmçinin turizm və tarixi əsərlər nazirləri ilə görüş planlaşdırılır.
Qeyd edək ki, mədəniyyət günləri çərçivəsində Azərbaycan incəsənət ustalarından xalq artisti Afaq Məlikovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblının bir qrup üzvü, əməkdar incəsənət xadimi Məcnun Kərimovun rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblı, xanəndələr İlkin Əhmədov, Vəfa Orucova, əməkdar artistlər Nuriyyə Hüseynova, Elza Seyidcahan və Teyyub Aslanov, solistlər əməkdar artist, çəqanə ifaçısı Munis Şərifov, qarmon ifaçısı Etibar Qasımbəyli İordaniya Krallığının Əmman şəhərində bir neçə yerdə geniş konsert proqramları ilə çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB