İnsan resurslarının idarəedilməsinin əsas xüsusiyyətləri

İnsan resurslarının idarəedilməsinin əsas xüsusiyyətləri

Azərbaycan Respublikasının Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı tədbirlər planına əsasən ATMU-da “Turizm sahəsində idarəetmə” mövzusunda maarifləndirici seminar keçirilib. SİA-nın məlumatına görə, tədbiri “Biznes İdarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev açaraq tədbirin diqqətçəkən məsələ olduğunu qeyd edib. Menecment kafedrasının müdiri İsrayıl İsgəndərov “Strateji Yol Xəritəsinin” əhəmiyyəti haqqında məlumat verərək milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərindən birinin turizm sahəsi olduğunu vurğulayıb.

Maarifləndirici seminara məruzəci kimi dəvət olunan “PMD HOSPITALITY” şirkətinin “Təhsil və İnkişaf” üzrə meneceri Fəridə Əmirova “Turizmdə İnsan Resurslarının idarəedilməsinin xüsusiyyətləri” mövzusunda çıxış edib. F.Əmirova turizmdə insan resurslarının idarəedilməsinin əsas xüsusiyyətlərini şərhi ilə bərabər, tələbələri maraqlandıran sualları da cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə