Gənc Tamaşaçılar Teatrı aksiya keçirib

Gənc Tamaşaçılar Teatrı aksiya keçirib
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Müqəddəs Qurban Bayramı münasibəti ilə "açıq qapı" aksiyası keçirib. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, teatr noyabrın 16-da S.S.Axundovun və A.Şaiqin "Qaraca qız" tamaşasına Suraxanı rayonu 7 nömrəli xüsusi internatın şagirdlərini, 17-si isə Səbail rayonu ərazisində yaşayan imkansız, az təminatlı ailələrin uşaqlarını B.Marvinin "Yatmış gözəl" tamaşalarına dəvət edərək məktəbyaşlı tamaşaçıları bayram münasibəti ilə təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə