Azərbaycanlı skripkaçı Lüksemburqda keçirilən beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanlı skripkaçı Lüksemburqda keçirilən beynəlxalq müsabiqənin qalibi olub
Azərbaycanlı skripka ifaçısı Mustafa Mehmandarov Lüksemburqda keçirilən beynəlxalq müsabiqənin qalibi olub. Bu barədə SİA-ya Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli açıqlamasında bildirib. O qeyd edib ki, azərbaycanlı musiqiçi dünyanın bir çox ölkəsindən gənc skripka ifaçılarının qatıldığı müsabiqədə birinci yeri tutub.

Məlumat üçün bildirək ki, Mustafa Mehmandarov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının III kurs tələbəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə