Milli Konservatoriyada Ümummilli Liderin 95 illiyi qeyd edilib FOTOLAR
Azərbaycan Milli Konservatoriyasında Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AMK-nın rektoru, Xalq Artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən Xalq Artisti Siyavuş Kərimi Ulu Öndər Heydər Əliyevin dövlətimizə, xalqımıza və xüsusilə mədəniyyətimizə olan böyük məhəbbətindən, mühüm xidmətlərindən danışıb.
Rektor Siyavuş Kərimi çıxışının sonunda Ulu Öndərin 95-ci ildönümü ilə əlaqədar “Milli vokal” kafedrasının tələbə gəncləri ilə birgə hazırladığı “Vokal inciləri” albomunu təqdim edib. Albomda konservatoriyanın tələbələrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri və həmin ifaların video qeydləri yer alıb.
Tədbir konsert proqramı ilə davam edib.
AMK-nın müəllimləri, Əməkdar artistlər Anar Şuşalı, Zemfira İsmayılova, Təyyar Bayramov və istedadlı tələbə gənclərin ifasında səsləndirilən nəğmələr izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB