ATMU dünyanın məşhur universitetləri ilə “İMC Beynəlxalq iş həftəsi”ndə FOTO
Azərbaycan Turizm və Menecment Universitetinin Menecment kafedrasının baş müəllimi, Avstriyanın Krems İMC Tədbiqi Elmlər Universitetinin fəxri professoru Nailə Musayeva adıçəkilən ölkədə keçirilən "IMC Beynəlxalq iş həftəsi” tədbirində olub.
SİA-nın məlumatına görə, “IMC Beynəlxalq iş həftəsi”çərçivəsində ATMU ilə tərəfdaş ali təhsil müəssisəsi - IMC Krems Tədbiqi Elmlər Universitetinin magistrantlarına müvafiq fənlərdən dərs və məşğələ saatları keçib. Tədbirin keçirildiyi günlərində müxtəlif ölkə universitetlərinin nüfuzlu professor və müəllimləri ilə fikir mübadiləsi aparıb, təlim və ustad dərslərində iştirak edib.
Qeyd etmək lazımdır ki, ATMU-da baş müəllim "Töhfə və Məsuliyyət" adlı IMC İdarəetmə Dialoqu, eləcədə müxtəlif sahələrə dair tədqiqat nəticələrinə həsr olunan "Töhfə və Məsuliyyət" IMC Buznes Simpoziumuna da qatılb. N.Musayevanın bildirdiyinə görə"Töhfə və Məsuliyyət" adlı IMC İdarəetmə Dialoqunun gündəliyinə daxil edilən “İş yerində etika”, "Davamlılıq”, “Ətraf mühit məsələləri”, “Turizm, istehsal və xidmətlər kimi sənaye sahələrinin davamlı inkişafı”, “Marketinq və kommunikasiyalarda etika”, “Logistika və nəqliyyatda davamlılıq məsələləri”, “liderlik və idarəetmə” adlı praktik mövzuların hərtərəfli müzakirəsi zamanı iştirakçılar şəxsi təcrübələrini də bölüşüblər. Ən fəal iştirakçılara sertifikatlar verilib.
Tədbirdə ABŞ, İspaniya, Kanada və Meksikanın məşhur universitetlərinin professor-müəllim heyəti iştirak edib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB