Türkiyəli ifaçı Bakıda tələbələr üçün ustad dərsləri keçib

Türkiyəli ifaçı Bakıda tələbələr üçün ustad dərsləri keçib

Anadolu Universitetinin Dövlət Konservatoriyasının dosenti, tanınmış violino ifaçısı Hüseyn Bülent Akdenizin iştirakı ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ustad dərsləri təşkil edilib.

BMA-dan SİA-ya bildirilib ki, akademiyanın tələbələri üçün nəzərdə tutulmuş ustad dərslərində V.A.Mosartın “Konsert № 5”, P.İ.Çaykovskinin “Vals - Skerso”, İ.S.Baxın “2 nömrəli partita”dan Sarabanda və Jiqa əsərləri araşdırılaraq ifaçılıq xüsusiyyətləri və çətinlikləri haqqında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə