Bayram Hacızadə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilməsi münasibətilə təqdimat keçirilib. Karikaturaçı Rəssamlar Birliyindən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Çereteli, Rəyasət heyətinin üzvləri Tahir Salahov, İqor Smirnov, Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun rektoru Aleksandr Lyubavin Bayram Hacızadənin karikatura tarixinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində fəaliyyətini, bu sənət növünün inkişafında xidmətlərini yüksək qiymətləndiriblər.
Qeyd edilib ki, yaxın aylarda Bayram Hacızadənin Rusiya Rəssamlıq Akademiyasında yubiley sərgisi keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB