Milli Kitabxanada “Budaq Budaqov-90” adlı kitab sərgisi açılıb
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikasında geomorfologiya, landşaftşünaslıq və toponimika elmi məktəblərinin banilərindən biri, Azərbaycanlı alim, ictimai-siyasi xadim, “Şöhrət” və “Şərəf” ordenli, Əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, professor, akademik Budaq Əbdüləli oğlu Budaqovun anadan olmasının 90 illiyi münasibətilə “Budaq Budaqov-90” adlı kitab sərgisi açılıb.
SİA-nın məlumatına görə, sərgidə alimin Azərbaycan və rus dilində olan əsərləri,elmi redaktoru olduğu, redaktə etdiyi, tərtib etdiyi, ön söz yazdığı kitablar və görkəmli alim haqqında yazılmış kitablar sərgilənib.
Sərgi həftə ərzində davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB