Nəsimi poeziyası” bədii qiraət müsabiqəsinin birinci turuna yekun vurulub FOTOLAR
Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı ilə mədəniyyət müəssisələrində Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan bədii qiraət müsabiqəsi keçirilir. SİA-nın məlumatına görə, Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxanada 17 fevral tarixində müsabiqənin I turunun ilk mərhələsi keçirilb. İlk mərhələdə 26 məktəbli iştirak etmiş və fərqlənən 12 iştirakçı II mərhələyə seçilib.
Müsabiqənin II mərhələsinə yekun vurulub.
Müsabiqənin qalibi Qax şəhər 2 saylı orta məktəbin XI sinif şagirdi Jalə Əfəndiyeva olub. Jalə Əfəndiyeva müsabiqənin Şəkidə keçiriləcək mərhələsində iştirak etmək hüququ alıb.
Digər iştirakçılar müsabiqədə fəal iştiraklarına görə ŞRMTİ Qax MKS-nin fəxri fərmanları ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB