Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" birgə layihəsi çərçivəsində “Fransa və Azərbaycan musiqisi axşamı” adlı konserti proqramı təqdim edilib.
Muğam Mərkəzindən SİA-ya bildirilib ki, əvvəlcə bəstəkar Aysel Hacıyeva çıxış edərək universitet tələbələrinin klassik musiqi sahəsindəki uğurlarından danışıb.
Musiqi axşamında XX əsr fransız musiqi mədəniyyətinin, musiqi impressionizminin önəmli simalarından olan C.Debussinin, L.Delibin, J.Massnenin, K.Sen-Sansın, eyni zamanda, Azərbaycan bəstəkarlarından Q.Qarayevin və C.Hacıyevin əsərləri səslənib.
Əsərləri beynəlxalq müsabiqələr laureatı olan tələbələr Leyla Fərəcova, Aysun Qəmbərova, Nigar Hüseynzadə, Rəşad Kazımov, Sevda Axundova, Leyla Əliyeva, Səbinə Mehdiyeva, habelə Səbuhi Həsənov, Günel İbrahimli, Esmira Heydərova, Zaur Məmmədov, Zəkiyyə Qasımzadə, Sahib Məmmədov, Pərvin Paşazadə piano, klassik gitara, fleyta, violin və başqa musiqi alətlərində ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB