Rahib Ələkbəroğlunun 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib FOTOLAR
Bakıda nüfuz sahibi olmuş “Dayday” ləqəbli Rahib Ələkbəroğlunun 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə öncə Rahib Ələkbəroğluna həsr olunmuş qısa film nümayiş olunub.
Film sonrası gecənin təşəbbüskarı, Yazıçılar Birliyinin üzvü Hacı Soltan Əlizadəyə söz verilib. Xatirələrindən danışan S.Əlizadə, Rahib “Dayı”nı həm ciddi, həm şən adam adlandırıb. O, insanlara qarşı olduqca diqqətli, mehriban olan R.Ələkbəroğlunun gəncləri pis yollardan necə çəkindirməsindən söz açıb: “Futbol komandası təşkil edib, onun əsas incəliklərini gənclərə öyrədirdi. İdman insanları birləşdirir, pis vərdişlərdə uzaq edir. Gəncləri bir yerə toplayıb, qoymurdu pis yollara getsinlər”.
Çıxışını qəzəli ilə bitirən S. Əlizadə R.Ələkbəroğlunun yaşından, tutduğu vəzifədən asılı olmayaraq cəmiyyətə böyüklük, ağsaqqallıq etdiyini vurğulayıb.
Daha sonra çıxış edən millət vəkili, akademik Ziya Səmədzadə: “Bu günki tədbiri heç bir şeylə müqayisə edə bilmərəm. Buzovnada həqiqətən çox dəyərli insanlar olub. Bu gün də sadə, ancaq cəmiyyətdə nüfuzu olan bir insanın anım günüdür. Bu təşəbbüs o qədər müdrik, ağlasığmaz təşəbbüsdür ki, onu ancaq alqışlamaq olar”- deyib.
Nostalji dolu gecəni Azərbaycan Yazıçılar Birliyi Xəzər Bölməsinin sədri Arif Buzovnalı davam etdirib. “Hər bir torpağın tarixi və onu yaşadanları olur” - deyən şair bildirib ki, Rahib dayı hamıya nümunə ola bilən bir insan olub: “O şair deyildi, alim deyildi, mühəndis deyildi. O, sadə insanlardan biri idi”.
R.Ələkbəroğlunun mərdliyi, insanpərvərliyi, mərhəməti, doğruluğu, ədaləti ilə bu zirvəyə çatdığını vurğulayan Sədr R.Ələkbəroğlunun simasında bütün Buzovna üçün əlindən gələni əsirgəməyən, insanlara xidmət edən bir insan obrazı olduğunu qeyd edib.
Daha sonra ədəbi-bədii gecəyə Əməkdar Rəssam, professor Rafael Muradov, R.Ələkbəroğlunun qohumu, Əməkdar Müəllim Tomilla Muradova, Xəzər Yazıçılar Birliyinin üzvü Zaur Rəxşan, kənd ağsaqqalı Hacı Əzizağa Savaloğlu və digərləri onunla bağlı xatirələrindən söz açıb, muğam müsabiqəsinin qalibləri Abgül Mirzəliyev, Könül Tağıyeva, xanəndə Hüseyn Məlikov ədəbi-bədii gecəyə ecazkar səsləri ilə xüsusi rəng qatıblar.
Sonda gecədə iştirak edən, R.Ələkbəroğlunun yaradıcısı olduğu futbol komandasının üzvlərinə yadigar olaraq xatirə hədiyyəsi təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB