“İzahlı monoqrafik musiqi lüğəti” çap olunub

“İzahlı monoqrafik musiqi lüğəti” çap olunub

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşri başa çatdırılan “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti” kitabı musiqişünasların ixtiyarına verilib. SİA-nın məlumatına görə, kitabın müəllifi, görkəmli Azərbaycan bəstəkarı və dirijoru, musiqişünas və şərqşünas Əfrasiyab Bədəlbəylinin ilk dəfə 1969-cu ildə nəşr edilmiş “İzahlı monoqrafik musiqi lüğəti” musiqi maarifçiliyi istiqamətində yarım əsrə yaxın bir müddətdə mühüm fayda verməklə bərabər Azərbaycan muğamşünaslığının ilk mənbələr əsasında öyrənilməsinə də ciddi təsir göstərib.

Kitab “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və musiqi məktəblərinə paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня