İrfan Çiftçi Tərcümə Mərkəzində olub

İrfan Çiftçi Tərcümə Mərkəzində olub

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri İrfan Çiftçi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, görüş zamanı türk dilində Ankarada nəşr olunmuş ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Türkiyə universitetlərinin kitabxanalarına verilməsi, ali və orta təhsildə istifadəsi, eləcə də iki ölkə ədəbiyyatları arasında ədəbi mübadilələrin inkişafına dair digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə