Çingiz Ələsgərlinin və Şair Məstanın əsərlərinin I cildi nəşr olunub FOTO
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Xəzana dönmüş ömür və ya kuklaçının nağılı” kitabının və şair Məstan Günərin “Seçilmiş əsərləri”nin I cildinin nəşri başa çatdırılıb.
SİA-nın məlumatına görə, teatrşünas, nasir Çingiz Ələsgərlinin qələmə aldığı kitab kuklaçı sənətkar, aktyor Ruslan Həsənovun həyat və yaradıcılığına həsr olunub.
Dövlət mükafatı laureatı, şair Məstan Günərin ikicildliyində isə insanın insana, insanın vətənə, təbiətə, bəşəri ləyaqətə, milli-mənəvi dəyərlərə münasibəti əks olunub.
Kitablar “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB