Azərbaycan Aşıq sənətinin beynəlxalq aləmdə tanıdılması və təbliğ edilməsi, milli mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsi məqsədilə 20-27 oktyabrda Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda I Beynəlxalq Aşıq Festivalı keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva məlumat verib.
Məlumata görə, Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə təşkil olunan Festivalın keçirilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Təşkilat Komitəsi yaradılıb.
Beynəlxalq Festivalın rəsmi açılış mərasimi oktyabrın 22-də Heydər Əliyev Sarayında, bağlanış mərasimi isə oktyabrın 26-da Gəncə şəhərində olacaq. Festival günlərində aşıqların Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında geniş kütlə qarşısında çıxışları təşkil ediləcək.
Festivalda Azərbaycan aşıqları ilə birlikdə Türkiyə, İran, Gürcüstan, Dağıstan (Rusiya Federasiyası), Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan aşıq və ozanları iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB