“Turizm sahəsinin marketinqi” mövzusunda təlim başa çatıb

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Regional mədəniyyət və turizm idarələrinin işçiləri üçün nəzərdə tutulan təlimlər başa çatıb.“Turizm sahəsinin marketinqi” mövzusunda keçirilən təlimlər iki gün davam edib. SİA-nın məlumatına görə, tədbir fəaliyyətə başlamazdan əvvəl ATMU-nun rektoru İlham Mədətov iştirakçılarla görüşüb və ali təhsil müəssisəsində müvafiq qurum nümayəndələri üçün təşkil olunan təlimin səmərəli olacağına əminliyini bildirib.Təlimdə nəzərdə tuulan mövzulara “Turizm komplekslərində müştəri məmnuniyyətinin əldə olunmasında xidmət keyfiyyətinin rolu”, “Xidmət keyfiyyəti modeli və turizmdə xidmət keyfiyyətinin ölçülməsi”, “Regional turizm komplekslərində müştəri əlaqələrinin idarəedilməsi”, “Turizm müəssisələrində xidmət keyfiyyətinin artırılması yolları”, kənd turizminin marketinqinin zərurəti (Şimal-şərq regionunun timsalında), ərazinin markalaşması sahəsində dünya ölkələrinin təcrübəsi, ərazinin turizm imkanlarının tanıdılması metodları, hədəf müştəri seqmentinin seçilməsi və sair daxil idi.

Qeyd etmək lazımdır ki,təlimlərdə universitet əməkdaşları, o cümlədən müxtəlif turizm sektorunda çalışan sənaye rəhbərləri və xarici ekpertlər də yaxından iştirak ediblər. Təlim zamanı online olaraq Türkiyənin Baş Nazirliyinin Elmi araşdırmalar üzrə eksperti Halil Deligöz və regional turizm idarələrinin rəhbərləri arasında “Turizm komplekslərində müştəri əlaqələrinin idarəedilməsi” mövzusunda debat keçirilib.

Təlimin sonunda iştirakçıların rəyləri, təklifləri nəzərə alınmaqla, fərlqlənən iştirakçılara sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...