Dövlət teatrının truppası Rusiyaya qastrola yollanır

Dövlət teatrının truppası Rusiyaya qastrola yollanır

Noyabrın 9-dək Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının truppası Rusiyanın bir sıra şəhərlərində qastrol səfərində olacaq. Teatrdan SİA-ya bildirilib ki, səfər Rusiya Mədəniyyət Nazirliyinin qastrol fəaliyyətinə dəstək Federal Mərkəzinin layihəsi çərçivəsində reallaşıb.

Teatrın repertuarında Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” və müasir rusiyalı dramaturq Petr Qladilinin "Afina gecələri" pyesləri əsasında hazırlanmış tamaşalar yer alıb.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə