İstanbulda dünya tarixini dəyişdirəcək tapıntı - VİDEO

İstanbulda dünya tarixini dəyişdirəcək tapıntı - VİDEO

İstanbulun Beşiktaş səmtində metro tikintisi üçün aparılan qazıntı işləri zamanı tarixi dəyişdirəcək arxeoloji tapıntı aşkarlanıb. Qazıntı zamanı qədim Türk və Altay mədəniyyətinə aid 3 min 500 illik kurqan tipli 35 məzar tapılıb.

Beşiktaşda aparılan arxeoloji qazıntı işlərinin nəticəsitürklərin Anadoluya girişini 1071-ci il Malazgirt savaşına bağlayan ənənəvi tarixi bilgiləri sual altına qoyub. Məzarların son tunc və dəmir dövrünün başlanğıcına (m.ö 1200-1500-cü illər) aid olduğu ehtimal edilir.

Arxeooqlra bu məzarların etnik olaraq kimlərə aid ola biləcəyini hal-hazırda söyləmələrinin çətin olduğunu ifadə etsələr də, türklərin 10-cu əsrə qədər kurqan məzar adətini davam etdirdikləri elmi qaynaqlardan anlaşılır. Məzardakı insan skletləri üzərində antropoloqların araşdırmalarının nəticəsində ortaya çıxacaq analiz sonucları bu məzarlarda yatan qədim istanbullunun kökənlərinin tam olaraq aydınlaşdırılıcağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə