Azərbaycanda türk xalqları aşıqlarının Beynəlxalq festivalı keçiriləcək
Oktyabrın 20-dən 28-dək Azərbaycanda ilk dəfə olaraq türk xalqları aşıqlarının Beynəlxalq festivalı keçiriləcəkdir. SİA-nın məlumatına görə, festivalda Türkiyə, İran, Gürcüstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxstan, Şimali Kipr və Kərkükdən nümayəndələr iştirak edəcəklər.
Festival Bakıda, Heydər Əliyev Sarayında başlayacaq, Gəncədə sona catacaqdır.
Festivalın iştirakçıları, həmçinin Qazaxda, Gürcüstanda, Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində də olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB